Tolqa Sarıtaşın toy tarixi bəlli oldu

Xəbər veridiyimiz kimi aktyor Tolqa Sarıtaş sevgililər günündə 3 ildir birlikdə olduğu modelyer sevgilisi Zeynep Mayruka evlilik təklifi etmişdi. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, pərəstişkarlarını sevindirən bu xəbərin ardından nəhayət ki, cütlüyün toy detalları məlum olub. Tolqa Sarıtaş və Zeynep Mayruk 27 iyun tarixində istirahət məkanlarından olan Alaçatıda toy edəcək. Hazırlıqlar davam edərkən, toya sənət və moda dünyasının bir çox məşhur simalarının qatılacağı gözlənilir. Xüsusilə Sarıtaşın rol aldığı layihələrdən tanıdığımız bir çox aktyor dostları cütlüyü xoşbəxt günlərində tək qoymayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə