Xızıda iqlimə uyğun yeni ağaclar əkilib FOTOLAR

Xızıda iqlimə uyğun yeni ağaclar əkilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə YAP Xızı rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası keçirilib. Ağacəkmə Xızı rayonu ərazisində yerləşən Heydər Əliyev parkında təşkil olunub. Aksiyada Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Ərazi Partiya Təşkilatının sədrləri və müavinləri, partiya fəalları iştirak ediblər. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirin əsas məqsədi ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir. Aksiya zamanı iqlimə uyğun yeni ağaclar əkilmişdir. Həmçinin digər bitkilərə də qulluq göstərilmişdir.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə