Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi və Zəfər Günü münasibətilə YAP Kəlbəcər rayon təşkilatının başlatdığı "Zəfər Şəhidlərinə sonsuz ehtiram" aksiyası çərçivəsində rayon şəhidlərinin ailələri ziyarət olunur. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Həmzəyev Şəhriyar Elman oğlunun Gənçə şəhərində, Verdiyev Eldəniz Rabil oğlunun Göygöl rayonunun Murovdağ qəsəbəsində, Tağıyev Eşqin Asəf oğlunun, Göygöl rayonunun Üçtəpə qəsəbəsində, Leytenant Atayev Nicat Habil oğlunun Bakı şəhərində, Tibb xidməti Polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin Abşeron rayonunda və Məhərrəmli Fuad Füzuli oğlunun Suraxanı rayonu Ramanı qəsəbəsində məskunlaşan ailələrini ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidlərin ailə üzvləri ilə söhbət zamanı YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, bu məsələylə bağlı cənab prezidentin həyata keçirdiyi sosial layihələrdən danışdı. Həbib Misirov bildirdi ki, Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq iki il vaxt keçib. Bu müddətdə ilk Qələbə paradımız keçirildi. Tarixi Zəfərimizin birinci ildönümü kimi ikinci ildönümü də ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edilir. Şəhidlərimizin qani ilə qazanılan torpaqlarımızda Ali Baş Komandan İlham Əliyevin şəxsən qaldırdığı, əzəmət rəmzi olan bayrağımız hər birimiz üçün Zəfər müjdəsi oldu. Cənab İlham Əliyevin dediyi kimi: "Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir". Həbib Misirov qeyd etdi ki, Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Şəhidlərin ailə üzvlərinə və valideynlərinə YAP Kəlbəcər rayon təşkilatının Fəxri Fərmanları təqdim edildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdikləri üçün şəhidlərimiz medallar ilə təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB