Zəfər Günü münasibətilə Ağdamda bayram konserti və atəşfəşanlıq olub
Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfərlə nəticələnən Qələbəsindən, ərazi bütövlüyümüzün bərpasından, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işlərindən, infrastruktur layihələrindən, şəhid ailələrinə, qazilərə, həmçinin müharibə iştirakçılarına göstərilən dövlət qayğısından geniş bəhs ediblər.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Azərbaycan Respublikasının əməkdar artistləri Firuz Səxavətin, Səbuhi İbayevin, Elnur Zeynalovun və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri və kompozisiyalar təqdim edilib.
Zəfər Günü ilə əlaqədar olaraq Quzanlı qəsəbəsinin mərkəzi meydanında atəşfəşanlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB