Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının Lerik rayon Təşkilatında “Zəfər Günü “ münasibətilə tədbir keçirilib.Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev ,şəhid ailə üzvləri,qazilər,Ərazi Partiya Təşkilatının sədr və müavinləri və partiya fəalları iştirak etmişlər.Əvvəlcə Vətən uğrunda canından keçərək şəhidlik məqamına ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, rəşadətli Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirib deyə Malik Mirzəyev bildirib.
YAP Lerik Təşkilatının Təhsil şöbəsi ƏPT-nın sədri Mehman Rəcəbov,şəhid atası Tahir Mövlanov,Vətən müharibəsi qazisi Şamo İbadov , 1-ci Qarabağ müharibəsi veteranı Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış edərək torpaqlarımızın hər qarışı uğrunda yüksək şücaət, fədakarlıq və cəsarət nümunələrini ortaya qoyan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışıb.
Sonda bir qrup şəhid ailələrinin üzvləri, qazi və partiya faəlları Fəxri fərmanla təltif edilib.
Eyni zamanda partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB