“Ermənistanda əhalini sülhə hazırlamaq istiqamətində müsbət işartılar var” AÇIQLAMA
“Ermənistan tərəfi ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin bağlanacağını açıqlayıb. Sülh müqaviləsinin imzalanması regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək eyni zamanda, bir sıra fikir ayrı-seçkiliklərini də kənara qoyacaq”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının moderatorluğu ilə Praqada keçirilmiş görüşdə artıq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını təsdiqlədi: “Bu sülh müqaviləsi istiqamətində mühüm bir addımdır. Digər tərəfdən Ermənistanda əhalini sülhə hazırlamaq istiqamətində bir sıra müsbət işartılar var. Belə ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan həm geosiyasi vəziyyətin dəyişməsi, həm də Qarabağla bağlı bir sıra fikirlərə yol veriblər. Əsas məsələ bundan ibarətdir ki, sülh istiqamətində Ermənistan şəffaf və səmimi olsun. Çünki biz dəfələrlə ikiüzlü yanaşmaların şahidi olmuşuq. Eyni zamanda, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərdən də boyun qaçırdır, məsuliyyəti dərk etmir və bu da sonra gərginliyə səbəb olur. Ona görə də, düşünürəm ki, Ermənistan verilmiş vaxt kəsiyində sülh müqaviləsinin imzalanmasına özü tərəfdar olmalıdır, Zəngəzur dəhlizi açılması ilə bağlıda prosesləri yubatmamalıdır. Çünki vaxt keçdikcə, limitlər dolduqca daha sonra cavab vermək lazım olur. Bunu Ermənistan tərəfi dərk etməlidir və buna uyğunda addımlar atmalıdır. Təbii ki, noyabr ayı çox mühüm görüşlə yadda qalacaq. Azərbaycan və Ermənistan liderlərinin növbəti təması nəzərdə tutulub. Eyni zamanda, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması da əsas priolitetdir. Düşünürəm ki, məhz sülh müqaviləsinin imzalanması Müzəffər Ali Baş Komadan İlham Əliyevin diplomatik sahədə qələbəsi və tarixi zəfərimizin hüquqi zəmində təsbitinin bir nəticəsi olacaqdır. Bu istiqamətdə də bütün işlər Azərbaycanın milli maraqları kontekstində növbəti uğurumuzla nəticələnəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB