17 oktyabr Azərbaycanın Zəfər təqvimində, o cümlədən hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Belə ki, bu tarix 30 ilə yaxın erməni işğalında qalmış Füzuli şəhərinin dünya hərb tarixi dərsliklərinə salınacaq xüsusi əməliyyatla düşmən tapdağından azad olunduğu gündür.
Vətən müharibəsinin ilk günlərində məhz Füzuli istiqmətində aparılan əks-hücum əməliyyatlarında düşmənin keçilməz hesab etdiyi “Ohanyan səddi”ni qısa müddətdə darmadağın edən şücaətli ordumuz buradan Cəbrayıla və Hadruta gedən yolu da açdı. Çoxsaylı mühəndis istehkam maneələri səbəbindən Füzuli rayon mərkəzinin azad olunması bir qədər ləngisə də, hərbçilərimizin yüksək peşəkarlığı, məharəti və fədakarlığı sayəsində nəhayət ki, Vətən Müharibəsinin 21-ci günündə qalın beton sədlərin arxasında gizlənərək labüd sonunu gecikdirməyə çalışan düşmən məhv edilərək Füzuli şəhəri azad edildi.
Bir zamanlar tarixi, dini və mədəni adibələrlə zəngin olan Füzulidə bu gün sadəcə erməni vandalizmi nəticəsində viran qoyulmuş ərazilər nəzərə çarpır. Doğranaraq meşələrində ağac, doldurularaq bulaqlarında su qalmayan Füzuli bu gün öz gerçək sahiblərinin əlində yenidən dirçəliş dövrünə keçid edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Füzulidə sürətli bərpa-quruculuq işləri hal-hazırda da yüksək templə davam edir. Cəmi bir ilin içində burada Beynəlxalq hava limanı tikilərək istismara verildi və beləcə Füzuli Qarabağın hava qapısına çevrildi. Bu isə, öz növbəsində, işğaldan öncə sadəcə aqrar rayon hesab edilən Füzulinin, eyni zamanda, turizm potensialının da yüksəlməsinə rəvac verir.
Təkcə Füzuli rayonunda deyil, bütün işğaldan azad olunmuş rayonlarda quruculuq işləri aparılır və qısa müddət ərzində böyük yol qət edilib. Bu inkşafa yalnız öz resursları hesabına nail olan ölkəmiz, bu gün Qafqazda hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünə görə də əsas fiqur olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.
Orxan Salehli
YAP Yasamal rayon “Hüseyn Cavid pr.115” ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB