“Ermənistanın sülhə sadiq qalacağına inanmıram” - AÇIQLAMA

“Ermənistanın sülhə sadiq qalacağına inanmıram” - AÇIQLAMA

“Praqada keçirilmiş dördtərəfli görüşdən sonra tərəflər ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına hazır olacağını bildiriblər”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar XİN-ləri və işçi qrupları görüşlər keçirməli və sülh müqaviləsinin hazırlanması üzərində işləməlidirlər: "Hətta Praqa görüşündən sonra da Ermənistan tərəfi ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağını açıqlayıb. Əlbəttə ki, Ermənistan konstruktiv mövqe sərgiləyərək nəzərdə tutulduğu kimi sülh müqaviləsinin hazırlanması üzərində iş aparılarsa sülh müqaviləsi imzalana bilər. Amma Ermənistanın açıqlanması çətin inandırıcıdır. Çünki, bu dövlətin rəhbəri səmimiyyətdən uzaqdır. Müharibənin bitdiyi iki ildə Paşinyan çoxlu vədlər verib. Amma icrasına gələndə həmişə onun əksini müşahidə etmişik. İndi də ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamasına Ermənistanın sadiq qalacağına inanmıram. Düzdür, ölkələr arası münasibətlərin yenidən formalaşması və regiona davamlı sülhün gəlməsi üçün müxtəlif səviyyələrdə və formatlarda görüşlər çox keçirilməlidir. Bununla yanaşı ehtiyatımızı əldən verməməli və ordumuzun mövqelərini daha da gücləndirilməsini təmin etməli olduğunu hesab edirəm".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə