XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib

XİN sözçüsü Ermənistanın ittihamlarına cavab verib

“Ermənistan növbəti saxta ittihamla çıxış edib”. SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.

O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.

XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə