Brüsseldə Anım Günü münasibətilə tədbir keçirilib - FOTO

Azərbaycanın Belçikadakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. SİA xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin, habelə mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən səfir Vaqif Sadıqov uzun illər ərzində işğal altında saxlanılmış ərazilərimizin 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra burada həyata keçirilən geniş miqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib.

Səfir 27 sentyabr - Anım Gününün ölkəmizin tarixində xüsusi yer tutduğunu vurğulayaraq, şəhid olmuş əsgərlərimizin tarixə öz adlarını yazdığını və Vətən uğrunda canından keçmiş qəhrəman övladların ruhu qarşısında baş əydiyini bildirib, onlara Allahdan rəhmət diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə