Xain və satqın adamların milliyyəti olmur ŞƏRH

Azərbaycan xalqı iki ilə yaxındır ki, əzəli və əbədi torpağı olan doğma Azərbaycanımızın döyünən ürəyi Qarabağımızın 30 illik işğal caynağından azad olunmasının sevincini və qürurunu yaşayır. Həmçinin tarixi Zəfərimizdən ötən qısa müddət ərzində Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Qarabağımıza böyük Qayıdışın həyacanını sonsuz inam və səbirsizliklə yaşayır. Azərbaycan bu gün bölgənin ən inkişaf etmiş qüdrətli dövlətinə çevrilib. Bütün bunlar prezident İlham Əliyevin nece deyərlər, zərgər dəqiqliyi ilə illərdir apardığı uğurlu daxili və xarici siyasətin, gərgin əməyin, qətiyyətli qərarların nəticəsidir. Bu uğurlarımıza təbii ki, dostlarımız sevinir, düşmənlərimiz (elə daxildəki düşmənlərimiz də olmaqla) isə dövlətimizin inkişafına, qələbə nailiyyətimizə müxtəlif yollarla kölgə salmağa çalışırlar. Hansı ki, sapı özümüzdən olan “balta”lar, xainlər hər birimizin vətəni olan torpaqlarımızı düşmən tapdağından təmizləyən, 30 illik həsrətə son qoyan dövlətimizi ittiham edir, hətta ən ağrılısı budur ki, canlarını vətən yolunda qurban vermiş şəhidlərimizə, onların ailələlərinə, qazilərimizə çamur atmaqdan belə çəkinmirlər. Azərbaycan daha qüdrətli dövlətə çevrildikcə, qazandığı uğurların miqyası artıqca Milli Şura kimi özünü təqdim edən marginal qrupun, ölkəmizin əleyhinə fəaliyyət göstərən qüvvələrin qrantları hesabına xaricdə özlərinə “gün-güzəran” quran “həmvətənlərimiz”in narahatlığı, təşvişi artır, öz “vətən sevgilərini” lazımı şəkildə nümayiş etdirirlər.

Azərbaycanın 44 gün ərzində əldə etdiyi Zəfəri həzm etməyən xarici qüvvələrin məyusluğunu və bu məyusluqdan doğan hiddətin erməni sevgisindən irəli gəldiyinin fərqindəykən adını azərbaycanlı qoyub, düşmən mövqeyi sərgiləyən, qələbəmizi kölgələyən, antiazərbaycançı nankorlara nə ad qoyasan? Əslində, bu ritorik sualın yalnız və yalnız bir cavabı vardır ki, Vətənə xəyanət! Bu gün Azərbaycanın düşmənlərinə xidmət edən antimilli qüvvələr, dırnaqarası “vətənsevərlər” onların sifarişlərini yerinə yetirərək Azərbaycanın uğurlarına kölgə salmaq istərkən bu vətənin övladı olduqlarını nə zaman unutdular?

Milli düşüncədən uzaq olan, özlərini rəzil duruma salan Əli Kərimlilər, Arif Hacılılar, Altay Göyüşovlar, Sevinc Osmanqızılar, Gültəkin Hacıbəylilər, Qənimət Zahidovlar məgər bu vətənin çörəyi, suyu ilə böyüməmisinizmi? Nədən ermənilərə bu qədər sevgi bəsləyirsiniz? Bu haqda heç düşünmüsünüzmü? Xain və satqın adamaların milliyəti olmur deyirlər. Millətin qəmini, kədərini, yasını siyasi alver predmetinə çevirən cılız məxluqlar, bir şeyi unutmayın ki, bu xalqın lənətini qazanmaqla, tariximizə ən murdarlanmış isimlər kimi gömülursünüz.

Bu gün ölkəmiz yalnız öz suveren hüquqlarını qorunması, ehtiyaclarının ödənilməsi, arzularının gerçəkləşdirilməsi ilə məşğuldur. Günahsız şəhid qanlarının, onlara axıdılan göz yaşlarından qorxun və heç olmasa, belə günlərimizdə onlar üzərində öz çirkin maraqlarınız üçün istifadə etməyin. Bu Vətən hamımızındır! Və belə bir zamanda “düşmən dəyirmanına su tökən” sizlər bu Vətənin qara yarasına, üz qarasına çevrilərək xalqın nifrət qarışıq lənətini qazanırsınız! Sapı özümüzdən olan bu “balta”lar, bu xainlər, siyasi fürsətçilər qəti şəkildə bilsinlər ki, hansı yola əl atırlar atsınlar yalnız və yalnız xalqın öz siyasi lideri Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olacaqlar! Möhkəm özüllər üzərində qurulmuş, sabitlik şəraitində sürətli inkişaf yolunda yeni böyük uğurlara imza ataraq daha da irəliyə gedən Azərbaycan xalqının uğurları daima düşmənin bağrını yaracaqdır! Azərbaycan Prezidenti dəfələrlə xatırlatmışdır ki, “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azad olunması uğrunda döyüşür.”Bu yolda böyük şücaət göstərən, şəhidlərimizin ruhunu sevindirməyə, qisasını almağa nail olan, öz qəhrəmanlıq nümunələri ilə dünyanı heyran qoyan və tariximizə şanlı səhifələr yazan vətənimizin mərd,cəsur oğulları isə zəfər salnaməmiz, qəhrəmanlıq simvolumuz, qürur mənbəyimizidir !

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə