"Onlar müharibəyə getmək istəmir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Onlar müharibəyə getmək istəmir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Rusiya-Ukrayna müharibəsində son vəziyyət belədir ki, Rusiya istər ön, istərsə də beynəlxalq cəbhədə uduzur. Səfərbərlik elan olunduqdan sonra uduzmağın və iflic vəziyyətə düşməyin sürəti bir qədər artdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hər gün yüz minlərlə insan Rusiyanı tərk edir: "Onlar müharibəyə getmək istəmir. Burada yeganə qalib qərbdəki hərbi sursatları istehsal edən şirkətlərdir".

Deputat sözlərinə belə davam edib: "Yerdə qalanlar hamısı böyük problemlərlə üzləşir. Qeyd edim ki,12 faiz inflyasiya ümumbəşəri problemə çevrilib".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə