"Bakı əbədi olaraq Azərbaycana qaytarıldı" - DEPUTAT ŞƏRH ETDİ
"15 sentyabr türk islam ordusu tərəfindən Bakının xilas olduğu gündür. Mən bu gün münasibəti ilə xalqımızı təbrik edirəm”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan tarixində çox böyük hadisədir: “Rusiya imperiyası dağıldıqdan sonra Bakıda iki erməni dövləti yaranmışdır. Bunlardan birincisi Entokaspi, digəri isə Bakı sovetidir. Bunlar bolşeviklərlə birləşərək Azərbaycan türklərinə qarşı çox zalımcasına hərəkətlər edərək, Azərbaycan dövlətinin varlığına son qoymaq istəyirdilər. Azərbaycan iki hissəyə bölünmüşdür. Əvvəlcə Tiflisdə daha sonra Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti var idi. Bakı isə düşmənin əlində idi. Bunun üçün də çox ciddi şəkildə planlar hazırlayaraq Bakı erməni daşnaqları və bolşeviklərin əlindən alındı. Burada yerli insanlar türk islam ordusuna kömək edirdilər. Plan ondan ibarət idi ki, Bakını Azərbaycanın tərkibindən ayırsınlar. İslam ordusu isə müzəffər Azərbaycan ordusu ilə bərabər Bakını xilas etdilər. Bununla da Bakı əbədi olaraq Azərbaycana qaytarıldı. Mən çox sevinirəm ki, bütün bu proseslərdə mənim yaxınım iştirak edib. O, da Bakının işğaldan azad olunmasında yaxından iştirak edib. Biz bu gün Vəhdət Partiyası olaraq həmin şəhidliyi ziyarət edərək, gül dəstələri qoyduq. Azərbaycan xalqı bu hadisəni unutmayacaq. Bizim hər birimiz Nuru Paşanın qarşısında baş əyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB