Yeni məktəblərin açılması ölkəyə nə qazandırır? - DEPUTAT ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin Ulu öndər tərəfindən əsası qoyulmuş ideologiyanın davam etdirilməsi birbaşa elmə və təhsilə söykənir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sadiq Qurbanov bildirib.

Millət vəkili qeyd edib ki, elmin eyni zamanda da təhsilin yaxşı şəkildə inkişaf etdirilərək, əldə edilməsi üçün günü-gündən yeni məktəblər açılır: "Yeni məktəblərin açılması həmçinin yeni texnologiyaların tətbiq olunmasına şərait yaradır. Ümummilli liderimizin başladığı işi bu gün cənab Prezident İlham Əliyev siyasəti, Mehriban xanımın diqqəti və qayğısı ilə həyata keçirilir. Heydər Əliyev Fondunun bu sahəyə diqqətidə özünü çox böyük formatda göstərir. Yeni məktəblərin tikilməsi və infrasturukturların yaradılması regionlarda xüsusi olaraq bu sahəyə diqqətin ayrılması Azərbaycanın uğurların tövhə verir. 44 günlük müharibədə göstərdikləri şücayətə, qorxmazlığa və dəyanətli olmalarına görə bu gün biz əsgərlərimizə və zabitlərimizə xüsusi diqqət ayırırıq. Lakin onuda qeyd etmək lazımdır ki, həmin vətənpərvərlik ruhu məhz təhsil ocaqlarında aşılanıb. Təhsil ocaqları bizim bu günkü həyatımızın formalaşmasında mühim rol oynayır. Cənab Prezidentin və Mehriban xanım Əliyevanın ölkədə fəaliyyət göstərən məktəblərin açılışında özlərinin birbaşa iştirakı həmin müəsissələrin qarşısında önəmli bir məsuliyyət qoyur. Çünki həmin məktəblər zamanın tələbinə cavab verən çağdaş gənclər yetişdirməlidirlər. Cənab Prezident İlham Əliyev bir neçə il bundan öncə 4-cü Sənaye İnqilabının regional mərkəzini Azərbaycana gətirdi. Bu da yeni dünyanın elmi inkişafı deməkdir. Son zamanlarda müəllimlərin sertifikasiyadan keçirilməsi və onların yenidən ixtisaslaşması baş verir. Həmçinin ölkədə fəaliyyət göstərən məktəblərin təchizatında, komputerləşmənin həyata keçirilməsi və daha müasir məktəblərin yaradılması və s. bütün bunlar mühüm amillərdir. Bu amillərin hər biri Azərbaycanımızın bu gününə, eyni zamanda sabahına xidmət edir. Biz güclü dövlət olmağımızə elmimizlədə sübut etdik. Cənab Prezidentin bu sahəyə olan xüsusi diqqəti təhsil və elmimizin inkişafına böyük təkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB