Co Bayden Liz Trassı təbrik edib

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın yeni seçilmiş Baş naziri Liz Trassı təbrik edib. SİA xəbər verir ki, ABŞ lideri bu barədə "tviter" hesabında paylaşım edib.

Co Bayden iki ölkə arasında xüsusi münasibətlərin dərinləşməsini və qlobal çağırışlar üzrə sıx əməkdaşlıqda işləməyi səbirsizliklə gözlədiyini deyib:

“Mən ölkələrimiz arasında xüsusi münasibətlərin dərinləşməsini və qlobal çağırışlar üzrə sıx əməkdaşlıqda işləməyi, o cümlədən Rusiyanın hücumundan özünü müdafiə edən Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyirəm”,-deyə ABŞ Prezidenti bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə