Türkiyə Yunanıstana çağırış etdi

Türkiyə Yunanıstana çağırış etdi

Türkiyə Yunanıstana səslənib. SİA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin "tviter" hesabı Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının bəyanatını paylaşaraq Yunanıstanın türk azlığın öz müftilərini seçmək hüququna qarşı hərəkətə keçdiyini və azlıq üzvlərini hədəf aldığını bildirib.

Bəyanatda "Yunanıstandan Qərbi Trakya Türk Azlığının beynəlxalq müqavilələr, xüsusilə Lozanna Sülh Müqaviləsi ilə təmin edilən öz dini liderlərini seçmək hüququna hörmət etməsini və bu çərçivədə təzyiqlərinə son qoymasını gözləyirik" ifadələri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə