Ötən əsrin 90-cı illərində, 30 il bundan öncə Azərbaycan Ordusu, eləcə də mülki azərbaycanlılar erməni işğalı ilə üz-üzə qalaraq, Laçını tərk etmək məcburiyyəti ilə üzləşmişdi və o zaman səriştəsizlərin, təcrübəsizlərin hakimiyyət davası aparmasından sui istifadə edən erməni işğalçıları demək olar ki, heç bir müqavimətlə rastlaşmadan torpaqlarımızı zəbt etdilər. Bununla da 30 il Laçın işğal altında qaldı və Ali Baş Komandanın, Azərbaycan Prezidentinin düşünülmüş, müdrik siyasəti, siyasi iradəsi sayəsində artıq Laçın tamamilə azaddır və Azərbaycan bayrağının Laçın şəhərində qaldırıldığı gün, yəni 26 avqust tarixi Laçının azad olunduğu gün kimi tarixə düşdü.
Laçının azad edilməsi, işğalçıların torpaqlarımızı tərk etməsi 44 gün davam edən müharibədə qazandığımız Zəfərin, Qələbənin məntiqi nəticəsi olaraq yaddaşlara həkk olundu. Heç şübhəsiz ki, bu, dərsliklərdə də öz əksini tapmalıdır, ona görə ki, gənc nəsil, azərbaycanlı gənclər, şagirdlər bu fədakarlıq, qəhrəmanlıq haqqında məlumatlı olmalı və bilməlidir ki, Laçının işğaldan azad olunması cənab Prezident İlham Əliyevin Qarabağ strategiyasının məntiqi nəticəsi oldu. Ümumiyyətlə, hər kəs bilməlidir ki, Qarabağın işğaldan azad edilməsi, erməni işğalçılarının torpaqlarımızı tərk etməsi böyük tarixi hadisədir və bütün bunlar cənab Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti, eləcə də xalqımızın həmrəyliyi, birliyi sayəsində reallığa çevrildi.
Dəfələrlə qeyd olunub ki, cənab Prezident İlham Əliyev nəyi necə və nə vaxt etdiyini, eləcə də nə vaxt edəcəyini yaxşı bilir. Təkcə biz yox, bütün dünya bunun şahidi oldu və buna əmin oldu. Bununla belə, 30 il öncə Qarabağ torpaqlarının işğalı qarşısında aciz qalan, buna müqavimət göstərməyə cəhd belə edə bilməyən, bununla barışan qüvvələr, onların uzantıları Zəfər qazandığımızdan, torpaqlarımızı azad etdiyimizdən sonra da utanmadan ittihamlarla çıxış edir, məsələn, Laçının azad olunmadığı barədə iradlar səsləndirirdilər. Doğrudur, onların davasının yenə də hakimiyyət davası olduğu göz önündədir və heç biri torpaqların azad olunması naminə danışmır. Əks halda, torpaqlarımızın işğalçılardan istər 44 günlük müharibə vaxtı, istərsə də müharibə bitdikdən sonra geri alınmasına görə sevinər, bunun üçün Ali Baş Komandana, Azərbaycan Ordusuna, xalqımıza da birliyinə, həmrəyliyinə görə minnətdarlıq ifadə edərdilər. Bunları etmirlərsə, deməli, məqsədləri tamamilə başqadır və torpaqlarımızın azad olunması üçün çalışmadıqları da bəllidir. Bəlli olan odur ki, yenə də aranın qarışmasında, xaosun yaranmasında maraqlıdırlar və onlar Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın Qələbəsinə, Zəfərinə kölgə salmaq niyyəti güdürlər. Sual etmək yerinə düşərdi ki, niyə onlar bunu öz hakimiyyətləri dövründə özləri etmədilər? Niyə bircə kəndi belə işğaldan azad etmədilər? Görmürlərmi ki, torpaqlarımızın hər qarışı ermənilərdən geri alınır və bu proses hələ də davam edir? Fərqində deyillərmi ki, Azərbaycan Prezidenti nəyi necə etdiyini və nə vaxt edəcəyini yaxşı bilir?
Nəzərə almaq lazmdır ki, tərəflərin raılığı ilə Laçın dəhlizinə alternativ yolun tikintisi və istifadəyə verilməsi Ermənistan tərəfinin kapitulyasiya sənədini imzalamasından sonra üç il ərzində reallaşdırılmalı idi. Bir sözlə, Laçın şəhərinə nəzarət edə biləcəyimiz üç ildən sonra olmalı idi. Lakin Azərbaycan Laçın dəhlizinə alternativ yolu iki ildən də tez bir müddətə inşa edə bildiyi üçün proses sürətləndi. Təbii ki, Ermənistan tərəfi prosesə mane olmağa, onu ləngitməyə çalışdı. Nə qədər çalışsa da buna nail ola bilmədi. Azərbaycan isə istədiyinə daha tez nail oldu, hansı ki, bunu da ağız büzənlər görmədilərmi, anlamadılarmı? Görmədilərmi ki, boşaldılması nəzərdə tutulan Kəlbəcər və Ağdamdan sonra Laçın rayonunun də mərkəzinə nəzarət təmin olundu? Bunun məhz 10 noyabr razılaşmasının bəndlərindən birinin, daha dəqiq desək, 6-cı bəndinin icrası olduğunu da duymadılarmı, başa düşmədilərmi? Onlar dərk etmirlərmi ki, razılaşmanın bəndlərindən birinin icrası erməni silahlı dəstələrinin Qarabağdan tamamilə çıxarılmasını nəzərdə tutan 4-cü bənd olmaqla, digərlərinin də icrasını məntiqi olaraq sürətləndirir? Yaxud, Laçın rayonuna nəzarəti tamamilə əldə edən Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyi mesajı da anlaşılmadımı?
Bir məsələni anlamaq və dərk etmək lazımdır ki, Qarabağ iğqtisadi rayonunda qalan ermənilər artıq tamamilə Azərbaycanın nəzarəti altındadır. Artıq Xankəndi də dörd tərəfdən Azərbaycan ordusunun əhatəsindədir və bu da bizim üçün yeni imkanlar deməkdir. Bütün bunlar isə eyni zamanda Azərbaycan ərazidində yaşayan ermənilər üçün, ya Azərbaycan vətəndaşı olaraq bölgədə rifah içində yaşamaq, ya da ərazilərimizi tərk etmək olmaqla, iki yol qoyur. Bir sözlə, Azərbaycan Laçın şəhərinə nəzarəti bərpa etməklə yalnız bu torpaqlarda 30 il öncə edilən işğala son qoymadı, eyni zamanda gələcəkdə Qarabağ iqtisadi rayonunda atılacaq addımlar üçün də imkanlar açdı, zəmin yaratdı. İndi artıq hər kəs əmin oldu ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Azərbaycanı öz hədəflərinə doğru yaxınlaşdırmaqdadır.
Ermənilər artıq bütün bunlardan düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın bütün bəndləri qeyd-şərtsiz icra olunmalıdır. Bilməlidirlər ki, erməni silahlı terror dəstələri birmənalı şəkildə Qarabağı tərk etməlidirlər, Zəngəzur dəhlizi açılmalıdır və İqtisadi əməkdaşlığa başlanılmalı, regiona dayanıqlı sülh gəlməlidir. Bir sözlə, bu zamana qədər məsələni uzatmağa çalışan Ermənistan tərəfi fakt qarşısında qaldığını anlamaq, yeni reallıqları qəbul etmək məcburiyyətində qalıb. Laçının işğaldan azad edilməsi, işğalçıların, silahlı terror dəstələrinin digər torpaqlarımızı da tərk etməsi növbəti Zəfərimiz, əldə etdiyimiz növbəti qələbədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB