Cənab Prezidentin verdiyi tapşırıqlar icra başçıları üçün yol xəritəsi olmalıdır ŞƏRH
Cari ilin 25 iyul tarixində dövlət başçısı Cənab İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı səsləndirdiyi fikirlər və verdiyi tapşırıqlar ancaq yeni təyin olunmuş icra başçılara yox, bütün məmurlara aiddir. Belə ki, hər bir məmur xalqa xidmət etməli və insanların məmnunluğunu qazanmalıdır. Əlbəttə ki, xalqın məmnunluğunu qazanmış məmur dövlət başçısının da etimadını doğrultmuş olur. Lakin, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda dövlət vəzifəsinə təyin olunmuş məmurlar dövlət başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində tədbir görülür. Cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqlar bütün icra başçıları üçün yol xəritəsi olmalıdır. İcra başçıları insanların arasında olmalı, qazi, şəhid ailələri ilə görüşməli və onları narahat edən məsələlərin həll edilməsinə çalışmalıdırlar. Onlar rəhbərlik etdiyi rayonun iqtisadi potensialından düzgün və səmərəli istifadə edilməsi üçün tədbirlər görməlidir. İcra başçıları rəhbərlik etdiyi rayona investisiyalar cəlb etməli, sahibkarlığın inkişafına kömək göstərməli, yeni müəssisələrin açılmasına və insanlar üçün yeni iş yerlərinin yaradılmasına çalışmalıdır. Bundan əlavə, tikintilərin aparılmasında qanunun tələbləri gözləməli və hər bir tikinti obyekti öz təyinatı üzrə müəyyən olunmuş torpaqlarda aparılmalıdır.
Ölkə başçısı qeyd edib ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalıdır, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.
Dövlət başçısı Cənab İlham Əliyev müvafiq tapşırıqlar verir və sonra yoxlayır. Harada qanun pozuntuları və xalqı narazı salan məmur müəyyən olunursa dərhal cəzalandırılır. Axır zamanlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçılar və digər yüksək vəzifə daşıyan məmurlar cəzalandırılıb. Hər bir məmur başa düşməlidir ki, korrupsiyaya qarşı mübarizə kompaniya xarakterli deyil. Bu mübarizə tədbirləri mütəmadi davam etdiriləcəkdir. Haradasa bir dövlət məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiyaya əl atıb pul qazanmaq istəyirsə, birinci növbədə hüquq-mühafizə orqanları gözünün önünə gətirməlidir. Çünki korrupsiyaya bulaşmış məmur gec-tez cəzalandırılacaqdır.
Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB