Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci il dönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin Rəisi İlham Səfərov, YAP Yasamal rayon təşkilatının aparat əməkdaşları, Yasamal rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, ərazi partiya təşkilatlarının əməkdaşları, beynəlxalq arenada yüksək nəticələr əldə etmiş Respublikamızın gənc idmançıları, YAP Yasamal rayon təşkilatının fəal gəncləri iştirak ediblər.
Əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad ediblər.YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Gənclər və İdman Nazirliyinin 28 illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda gənclərin böyük əməyi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif təbəqələrini nəzərdə tutan və fərqli sahələri ehtiva edən islahatlar kimi, eynilə gənc nəslə diqqət də dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi ki, bununda məntiqi nəticəsi kimi 1994-cü ilin iyul ayının 26-da Gənclər və İdman Nazirliyi təsis edildi. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev Ümumilli Liderimizin bütün sahələrdə olduğumu kimi gənclər siyasəti kursunada sadiq qalaraq bu istiqamətdə uğurlu addımlar atmışdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz, uğurlu fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Son olaraq qeyd olunub ki, uzun illər Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Şanlı Zəfərlə öz tarixi missiyasını yerinə yetirdi. Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Ordumuzun böyük bir qismini təşkil edən gənclərimiz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, sözün həqiqi mənasında, möhtəşəm bir tarix yazdı! Bu gün Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu.
Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 10 il ərzində vətənimizdə gənclər siyasətinin əsasını qoyması və inkişaf strategiyasını müəyyən etməsi tarixi uğurlarımızdandır. Məhz bundan sonra Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində gənclərimiz həm regional, həm də beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsil edərək Azərbaycanı dünyanın lider ölkələri sırasında yer almasında yaxından iştirak etmişdir. Gəncliyimiz son olaraq isə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə doğma Qarabağımızı düşmən tapdağından xilas edərək öz tarixi missiyasını yerinə yetirdi. Sonra beynəlxalq arenalarda yüksək nailiyyət əldə etmiş gənc idmançılar çıxış edərək vətənimizi beynəlxalq idman yarışlarında təmsil etdikləri dövrlərdə xatirələrini bölüşərək, idmançılara, eləcə də, ölkəmizdəki gənclərin uğurlu fəaliyyətlərinə Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək səviyyəli diqqət və qayğısından bəhs ediblər. Tədbirin sonunda Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov YAP Yasamal rayon təşkilatının adından partiyanın ictimai-siyasi həyatındakı fəaliyyətinə görə fəxri fərmanla təltif olundu. Sonra 26 iyul-Gənclər və İdman Nazirliyinin yaranması münasibəti ilə və peşəkar idmanda əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançılara fəxri fərmanlar təqdim olunub.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB