Ermənistan dünya arenasındakı subyektivliyini itirib ŞƏRH

Fərhad Məmmədov: “Azərbaycan cəmiyyətinin daxili konsolidasiyası, Prezident İlham Əliyevin legitimliyi və əsas xarici aktorların region maraqlarını üzərinə cəlb etmək bacarığı Azərbaycana öz gündəmini diktə etməsinə, irəliləməsinə imkanlar yaradır”

Azərbaycanlı siyasi analitik, Cənubi Qafqaz araşdırmaları institunun direktoru Fərhad Məmmədov özünün Teleqram səhifəsində Ermənistanın beynəlxalq aləmdə itirdiyi mövqeləri barədə danışıb. SİA xəbər verir ki, mövzu ilə bağlı şərh verən politoloqun sözlərinə görə, Ermənistan dünya arenasındakı subyektivliyini itirib.

"Son iki həftə müharibənin başa çatmasından ötən il yarımdan sonra nəzərəçarpan olub. İrəvanın silahlı qüvvələrini Qarabağdan çıxarması qərarı Ermənistanda diskussiya olunmur və bunun öz səbəbləri var”, deyən Fərhad Məmmədovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya sülhməramlıları kontingentinin (RSK) ünvanına tənqidedici çıxışından sonra Tbilisidə XİN rəhbərləri səviyyəsində keçirilən görüşdə Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmaq qərarını verdi. SİTAT: “Azərbaycan öz gözləntilərini Rusiya tərəfinə ünvanladı, qərarı isə Ermənistan hökuməti verdi. Rusiyayönümlü parlament müxalifəti isə səsini belə çıxarmadı və Paşinyanı xəyanətdə ittiham etmədi. Bənzər mövqe parlamentdənkənar qərbyönümlü müxalifətdə də izlənildi. Yəni sözügedən məsələdə Qərb və Rusiya arasında konsensus mövcuddur ki, bu da Paşinyana bənzər fəaliyyət göstərməsinə imkan verir. Diqqət edin, onun legitimliyi deyil, məhz bu ölkənin əsas sponsorlarının mövqeləri üst-üstə düşür”.

Fərhad Məmmədov onu da bildirib ki, yalnız Ermənistanın subyektliyinin artması və Paşinyanın legitimliyinin güclənməsi normallaşma şərtlərində tərəqqi əldə edə bilər. “Lakin praktika göstərdi ki, həll qərarlarına nail olmaq üçün Ermənistana təzyiq deyil, məhz onun sponsorları ilə razılaşmalar əldə etmək lazımdır. Bu isə həmin ölkənin subyektivliyinin olmamasının göstəricisidir. Əvvəllər olduğu kimi, həmin ölkələr ki, Azərbaycana təsir göstərmək istəyirlər, onlar bunu Ermənistan vasitəsi ilə edirlər”, deyən azərbaycanlı politoloq digər fikrini də önə sürüb. SİTAT: “Lakin Azərbaycan cəmiyyətinin daxili konsolidasiyası, Prezident İlham Əliyevin legitimliyi və əsas xarici aktorların region maraqlarını öz üzərinə cəlb etmək bacarığı Azərbaycana öz gündəmini diktə etməyə, irəliləməyə imkanlar yaradır”.

Cənubi Qafqaz araşdırmaları institutunun direktorunun sözlərinə görə, İran Ermənistanın maraqlarını öz məqsədləri üçün istifadə edir. SİTAT: “İran nümayiş etdirir ki, Ermənistanı müdafiə edir (amma öz maraqlarını müdafiə edir – F.M.), lakin Ermənistansız...

Paşinyanın özü və ətrafı İrana dəstəklə bağlı bəyanat səsləndirmirlər və bu, həm də onu göstərir ki, Ermənistan rəhbərliyi mövcud prosesdə onlardan çox az şeyin asılı olduğunu anlayırlar. Nəticədə regionda qərarlar Ermənistanın danışıqlar mövqeyinin zəifləməsi hesabına verilir. Düşünmək olar ki, bu trend sonrakı müddətlərdə də saxlanılacaq və Ermənistan-Azərbaycan münasibətlərindəki inkişaf Ermənistanın sponsorları ilə danışıqlar hesabına əldə ediləcək”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə