Ermənistanın hansı yolu tutduğu, ermənilərin nə ağıla qulluq etdiyi, nəinki dünya ictimaiyyəti, hətta bu ölkənin vətəndaşları üçün də müəmmalı olaraq qalmaqdadır, çünki qərarsızlıq və yanlışlıqlar əndazəni aşıb. Artıq erməni cəmiyyəti bir onu dəqiq bilir ki, axmaq yerinə qoyulub və mövcud hakimiyyət də, müxalifət də əvvəlkilər kimi oyun oynayır, özü də axmaq bir oyun. Təbii ki, erməni xalqını dayanmadan, durmadan aldatmaq niyyətinə axmaqlıqdan başqa bir ad vermək olmaz və bunun bir sonu olacağını dərk etməmək mümkün deyil.
Kainatda hidrogen ən geniş yayılmış element olduğu kimi, Ermənistanda da axmaqlıq ən çox rast gəlinəndir desək, yanılmarıq, çünki bu ölkə hələ də öz durumunu ya anlamır, ya da özünü anlamazlığa vurur. Artıq reallıqlar, Azərbaycanın yaratdığı reallıqlar göz önündədir və bu reallıqları bütün dünya qəbul edir, amma işğalçı ölkənin hakimiyyəti də, müxalifəti də bu reallıqları görməməzliyə vurmaq istəyir və məhz buna görə cəsarətlə deyə bilirik ki, bununla da özlərini axmaq yerinə qoyurlar.
Heç bir alternativ təklif edə bilmədiyi halda, Ermənistanın müxalifəti hakimiyyəti qınayır, hakimiyyət isə müxalifətdən qorxduğu üçün bu qınağı minimuma endirmək məqsədi ilə bütün ağılsız addımlara rəvac verir. İndi erməni cəmiyyətində “revanşist” ideyalar yaymağa çalışan müxalifət hansı güclə, hansı potensialla, hansı resurslarla revanş götürüləcəyini izah edə bilməsə də, kor tutduğunu buraxmayan kimi, tutduğunu buraxmır. Guya bu ölkə müxalifəti bilmirmi ki, cəmi 44 günlük müharibənin məntiqi nəticəsi olaraq Ermənistanın nə hərbi qüvvəsi, nə hərbi texnikası, nə də maliyyə resursu qalmayıb? Səfalət içərisində boğulan, ehtihac içərisində olan, hərbi qüvvəsi yox həddində olan bir ölkənin necə revanş götürəcəyi barədə Ermənistan müxalifətində, lap elə erməni cəmiyyətində kiminsə hansısa bir təklifi, göstərəcəyi yol varmı? Əgər bu ölkənin müxalifəti belə bir yol bilirdisə, niyə elə müharibə dövründə bu şəkildə çıxış etmirdi və revanş götürmək ideyası belə niyə onda yada düşmürdü? Gözləyirdilər ki, Ermənistan tamamilə məğlub duruma düşsün, hər şeyini itirsin sonra revanş haqqında düşünülsün? Bütün bunları görəsən Ermənistanın təkcə hakimiyyəti başa düşmür, yoxsa bu ölkənin vətəndaşları da dərk etmir? Əgər başa düşülürsə, dərk olunursa və hələ də 10 noyabr bəyanatından irəli gələn tələbləri yerinə yetirmək yubadılırsa, deməli, bütün erməni cəmiyyətini axmaq hesab edirlər və bu ölkənin hakimiyyəti də, müxalifəti də elə hakimiyyət naminə təmsil olunduğu cəmiyyəti ələ salıb. Çünki gec-tez sözügedən bəyanatdan irəli gələn tələblər yerinə yetirilməlidirsə, şərtlərə əməl edilməlidirsə, o zaman məsələni uzatmaq yalnız erməni cəmiyyətinin əleyhinə ola bilər və həmin cəmiyyət ələ salınmasaydı çoxdan artıq həmin tələblər yerinə yetirilərdi.
Nikol Paşinyanın küçə və meydanlarda danışdığı nağıllardan və bunun sayəsində də hakimiyyəti ələ keçirməsindən düz dörd ildən artıq vaxt keçib, amma vəd olunan qızıl dağlardan əsər-əlamət yoxdur. Dörd il bundan əvvəl Paşinyanın pafoslu çıxışları belə bir sual yaradırdı ki, görəsən, bu küçə nümayişçisi öz pafoslu yalanlarına özü inanırmı? Əgər inanıbsa, deməli öz-özünü də aldada bilib. Sözsüz ki, Nikol pafoslu çıxışları ilə eləcə də erməni cəmiyyətini aldatmağı bacarıb, amma əminik ki, dörd il bu hakimiyyəti müşahidə etdikdən sonra hər bir erməni, axmaqlığı öyrənən bir elm olan monologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya yaza bilər. Bir zamanlar Nikol Paşinyanın sağ əli olan Vanesyan kimilərinin incik düşəndən sonra müxalifətə keçməsi isə əks tərəfin də, yəni Ermənistan müxalifətinin də mahiyyətini ortaya qoyur və ümid edirik ki, həmin monologiya üzrə yazıla bilən elmi işdə işğalçı ölkənin müxalifəti də özünəməxsus şəkildə yer alar.
Ümumiyyətlə, Ermənistanın hakmiyyəti də, müxalifəti də yalan vədlər, pafoslar və uydurmalara görə Ginnesin rekordlar kitabına düşə bilər, daha doğrusu düşməlidir və bunun üçün sadəcə rekordu yeniləmək gərəkir. Çünki əvvəla, Ermənistanın hakimiyyəti ilə yanaşı, müxalifəti də “yaxın gələcək” üçün vədlər verərək daxili auditoriyanı dəfələrlə, özü də məharətlə aldadır və bu aldatmaların sayına görə birincilik onlara məxsusdur. Digər tərəfdən də az qala iki ilə yaxındır ki, “yaxın gələcək” deyə vəd verən qüvvələrin zaman vahidi Relyativistikanın, yəni, Nisbilik nəzəriyyəsinin banisi olan Albert Eynşteyn üçün də müəmmalı olardı.
Erməni cəmiyyəti açıq etiraf edir ki, bu cəmiyyət yalandan, uydurmadan, fərziyədən başqa heç nə eşitməyib və hətta indiki kimi, özü də bu qədər açıq, həyasız və cəzasız olaraq aldadılmyıb. Doğrudur, uydurmalar, yalanlar və yaradılan miflər erməni cəmiyyətinə, təkcə indi yox, elə hər zaman sırıdılıb və kütlə bununla da aldadılıb. Dırnaqarası “Böyük Ermənistan”, eləcə də “dənizdən dənizə” mifi erməni cəmiyyətinin alt şüuruna höpdurlub ki, bu da həmin cəmiyyəti kimlərinsə ambisiyaları naminə hər zaman uçuruma, fəlakətə sürükləyib. Bu, ötən əsrin əvvəllərində də, 21-ci əsrin əvvəllərində də öz təsdiqini tapıb və ermənilər əslində bundan bir dərs də almalı idilər, amma görünür axmaqlıqları buna yol vermir. Məsələ burasındadır ki, erməni cəmiyyətinin aldadılması aydın olsa da, Paşinyan hakimiyyəti dövründəki qədər açıq-aşkar şəkildə dövlət miqyasında edilməyib və dövlət siyasəti kimi yürüdülməyib. Təbii ki, erməni müxalifəti də bu “ənənəyə” sadiqlik nümayiş etdirir və xalqını aldatmaqda, axmaq yerinə qoymaqda heç də Ermənistan hakimiyyətindən geri qalmır. Nəticədə isə aldadılan xalq olur və zülmü də həmin xalq çəkir.
Maraqlıdır, bir yalan ört-basdır edilməmiş yenisi necə uydurulur və bu yalan hansı üzlə xalqa sırınır? Hələ də erməni cəmiyyəti 44 günlük müharibədə məğlub durumda olduqları halda onlara qələbə qazandıqları barədə məlumat verən hakimiyyətdən bu yalanın hesabını sorub qurtarmaması fonunda, indi yeni uydurmaları hansı üzlə orataya atırlar? Bütün bu yalanlara, xalqı və öz-özünü axmaq yerinə qoymağa görə cavab verilməyəcəkmi? İndi ermənilərə elə gəlmirmi ki, bu cəmiyyətdə, erməni cəmiyyətində hamı yalan danışır və bütün bu yalanlara görə isə utanmaq heç kimin yadına belə düşmür? Yaxşı, yalan üzərində qurulan və öz auditoriyası axmaq yerinə qoyulan cəmiyyətin sonu barədə hansısa nikbin bir proqnoz vermək olarmı? Ermənistan bir dövlət olaraq heç nəyə görə cavabdehlik daşımaq istəmir və bu, bütün dünyada qəbuledilməzdir, nəinki daxili auditoriyada. Cavabdehlik daşımaq məsuliyyətini isə Ermənistan gec də olsa qəbul etməlidir və əks halda, beynəlxalq hüquqdan, normalardan və digər dəyərlərdən dəm vuran beynəlxalq təşkilatlar bunu həmin ölkəyə qəbul etdirməlidirlər. Qəbul etdirməlidirlər ki, səhvlərinə, yanlışlıqlarına, qanunsuz hərəkətlərinə və bütün normaları aşdıqlarına görə utanmaq, qızarmaq bilməyənlər bundan sonra hərəkətlərinə görə məsuliyyət daşısınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB