Ağdamda şəhid Eldar Əhmədovun doğum günündə xatirəsi anılıb FOTOLAR
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Samir Məmmədov şəhid Qaryağdı Əhmədovun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanmışlar. Şəhid Qaryağdı Əhmədov 2014-cü ilin avqust ayının 1-də cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatı nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Qaryağdı Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB