“Qələbəmiz tariximizi qiymətləndirməyə fürsətlər açır” - DEPUTAT DANIŞDI

“Qələbəmiz tariximizi qiymətləndirməyə fürsətlər açır” - DEPUTAT DANIŞDI

“Vətən müharibəsində qazandığımız qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox minillik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər açır”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc “Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, “erməni düşməni” və “işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur: “Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox uzağa gedən strateji dövlət kursudur”.

Bütün xəbərlər Facebook səhifəmizdə