“Rəşadətli Azərbaycan ordusu” FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Rəşadətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Şəhid ailələri, qazilər, veteranlar və YAP fəalları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Seyfəddin Əliyev tədbir iştirakçılarını 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb. Seyfəddin Əliyev bildirib ki, 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü xalqımız üçün çox əziz və əlamətdar bir bayramdır. Xalqımızın böyük oğlu, müasir müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci tarixli Sərəncamına əsasən, 26 iyun tarixi hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı. Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm Qələbəyə görə bu il Silahlı Qüvvələr Gününü daha yüksək əhvali-ruhiyyə ilə qeyd edirik.

Seyfəddin Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Seyfəddin Əliyev şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Tədbirdə Vətən müharibəsi iştirakçılarından Cəmaləddin Məmmədov, YAP fəallarından Rafiq Abbasov, Şəbnəm Fərzullayeva və başqaları çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə