“G7 sammiti dünyanın siyasi nizamında mühüm dəyişikliyə gətirib çıxardacaq” - POLİTOLOQ AÇIQLADI
“G7 sammiti dünyanın aparıcı ölkələrinin ildə bir dəfə keçirtdiyi bir sammitdir. Burada alınan qərarlar dünyanın siyasi, iqtisadi nizamına böyük təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 26 iyunda keçiriləcək bu sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunacaq: “Konkret olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul oluna bilər. Hesab edirəm ki, sammitdə alınacaq qərarlar Rusiya üçün daha da ağır fəsadlara səbəb olacaq. Dünyanın nəhəng 7 ölkəsinin bir araya gəlməsi, Rusiyanı beynəlxalq müstəvidən təcrid etməsi, iqtisadi cəhətdən sanksiyalara məruz qoyması bundan sonra dünyanın siyasi nizamında mühüm dəyişikliyə gətirib çıxardacaq”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB