Şuşa Bəyannaməsi iki qardaş ölkənin vahid bir siyasi platformada birləşdirir . - ŞƏRH
Vaxtilə çox böyük ərazilərə sahib olan Azərbaycan zaman-zaman təzyiqlər altında torpaqlarının müəyyən hissəsini kimlərəsə güzəşt etmək məcburiyyətində qalıb. Ölkəmizin zəngin yeraltı və yerüstü sərvətləri, yerləşdiyi coğrafi və geosiyasi ərazi daim xain yadelli qüvvələrin Azərbaycana göz dikməsinə səbəb olmuşdur.Demək olar ki, Azərbaycana qarşı torpaq iddiası ilə bağlı məsələlərdə, ölkədə qarışıqlıq, qırğınlar törədilməsində, xarici qüvvələri üzərimizə qaldırmaqla bundan faydalanmaq siyasətində həmişə ermənilərin əli olmuşdur.Ermənistan tərəfindən torpaqlarımızın işğal altına alındığı 30 ilə yaxın müddət ərzində rəsmi Türkiyə Azərbaycanın haqq işini bütün mötəbər yığıncaqlar və tribunalarda müdafiə etmişdir.2020-ci ilin sentyabr ayının 27-də başlayan və Ermənistanın kapitulyasiyası ilə başa çatan 44 günlük müharibə dövründə Azərbaycan Türkiyənin mənəvi və siyasi dəstəyini daim hiss etmişdir. Zəfər Qələbəsindən sonra Beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Azərbaycana qarşı siyasi təpgilərin dəf olunmasında da qardaş Türkiyə həmişə Azərbaycanın yanında olmuşdur.
2021-ci ildə xalqımızın Milli Qurtuluş günü olan 15 iyunda, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Azərbaycan və Türkiyə Respublikaları arasında müttəfiqlik barədə qəbul edilmiş Şuşa Bəannaməsi həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan çox sanballı bir tarixi sənəddir. Qloballaşan dünyada ölkələrin və yaxud bir neçə ölkənin birlik səviyyəsinə qaldırılan əməkdaşləqlarının şahidi olmuşuq. “Qoca qitə”- nin əksər dövlətləri birləşərək Avropa İttifaqı yaradanda bu birliyə heç kim qısqanclıqla yanaşmadı.Azərbaycanla Türkiyə arasında 1 il əvvəl bağlanan müqaviləyə xor baxan, bu birliyin gələcəkdə “mənfi tendensiyalara” gətirib çıxaracağını söyləyən qüvvələr az olmadı. Ermənistanın mövqeyi başadüşüləndir. Bəs digərlərinin? Azərbaycan və Türkiyənin dostluq və qardaşlıq münasibətlərini sıx tellərlə birləşdirən “Şuşa Bəyannaməsi” ölkələrimiz arasındakı münasibətlərin bütün sferalarda ardıcıl və davamlı inkişafına yeni stimul verməkdədir.Şuşa Bəyannaməsi işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya xarici şirkətlərin investisiya qoyuluşunu artırdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi Şuşa Bəyannaməsinə yeni çalarlar əlavə etdi. Şuşada keçirilən beynəlxalq tədbirlərdə iştirak edən qonaqlar yol boyu erməni vandalizminin şahidi olur, bu vəhşiliyi öz gözləri ilə görür və qəbul edirlər ki, Qarabağ həqiqətən Azərbaycan torpağıdır. Biz Bakıda keçirilən “TEKNOFES” festivalının, Formula 1 yarışlarında, IX Qlobal Bakı Forumunda iştirak edən qonaqların, turistlərin, ictimai-siyasi xadimlərin çıxış və təəssüratlarında Azərbaycana qarşı münasibətlərin müsbət mənada necə dəyişdiyinin şahidiyik. Bəli, Şuşa Bəyannaməsi qardaş ölkələrimizi bir siyasi platformada birləşdirdi.Şuşa Bəyannaməsinin iqtisadiyyat, nəqliyyat-loqistika, elm, təhsil, mədəniyyət, ərzaq və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti çox böyükdür. Ancaq hesab edirəm ki, hərbi sahədə əməkdaşlıq, qarşılıqlı hərbi yardım, ölkələrin təhlükəsizliyinə təhdidlər zamanı birgə hərbi fəaliyyət göstərmək Şuşa Bəyannaməsinin ən önəmli bəndidir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB