YAP Daşkəsən rayon təşkilatında Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTOLAR

YAP Daşkəsən rayon təşkilatında Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTOLAR

YAP Daşkəsən rayon təşkilatı 15 iyun Milli Qurtuluş Günü münasibətilə ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir. Əmirvar ərazi partiya təşkilatında “Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir” mövzusunda keçirilən yığıncaqda Sərdar Xıdırov, Rüfət Bədəlov, Vasif Nadir və Şöhrət Məmmədov çıxış edərək bildirdilər ki,1993-cü ilin iyun ayının 4-də ölkənin bir sıra rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da AXC-Müsavat cütlüyünün özbaşınalığın şahidi olmuşuq. 15 iyunda Ümummilli Liderin hakimiyyətə gəlişi bütün özbaşınalıqlara son qoydu. Azərbaycan günü-gündən böyük sürətlə inkişafa doğru getdi. Müstəqil Azərbaycan dövləti özünün dövlət atributlarını yaratdı, xarici siyasətini genişləndirdi. Milli Qurtuluş Gününü bu gün qalib xalq olaraq qeyd edən bütün Azərbaycan Respublikasının vətəndaşları bir yumruq kimi Ali Baş Komandanımız, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.

Yığıncaqda iştirak edənlər bütün Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik etdilər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə