Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızı işğaldan azad etdikdən sonra ermənilər tərəfindən yerlə-yeksan edilmiş ata-baba yurdlarımızı yenidən bərpa etmək, o, torpaqlara yenidən həyat vermək üçün bu ərazilərdə yenidənqurma, bərpa, abadlıq-quruculuq işlərinə start verildi. Beynəlxalq hava limanları inşa edildi, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri icra edilməyə başlandı, tez bir zamanda Şuşa şəhərində Azərbaycan xalqının mədəni irsi bərpa edildi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.
Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub. Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi.
Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək.
Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası 4 Lüksemburq ərazisi qədərdir, Livanın ərazisinə bərabərdir. Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. Artıq “Böyük Qayıdış” dediyimiz prosesə start verilib.
Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb- “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər- “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
Afət Quliyeva
Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB