Müstəqil Azərbaycan cümhuriyyətin varisidir - DEPUTAT DANIŞDI

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının tarixinin, xüsusili də dövlətçilik tarixinin ən böyük hadisələrindəndir. Buna görə də bu tarixin hər il qeyd olunması bizim üçün bir şərəf işidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, çünki dövlətçilik tariximizə daim diqqət etməliyik: “Bu gün bizim dövlətçiliyimiz inkişaf edir. Digər bir tərəfdən bu bizim üçün həm də müstəqilliyimizin tarixidir. Dünyada belədir ki, mütləq müstəqillik yoxdur. Dünyanın böyük dövlətləri də tam, mütləq mənada müstəqil deyil. Azərbaycan Xalq Cümhuriyyəti bizim milli iradələrimizin əsasında dayanır. Bizim böyük ideoloqlarımız müstəqil dövlətin yaradılmasında yaxından iştirak edərək, xalqın maraqlarını ifadə ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən M.Ə.Rəsulzadə xalqa müstəqillik verə bilmədiklərini deyirdi. Çünki cümhuriyyət 23 ay mövcud ola bildi. O bildirmişdi ki, “biz xalqa çox şey verə bilmədik, amma onlara müstəqilliyin nə olduğunu anlatdıq”. Biz, yəni müstəqil Azərbaycan həm də cümhuriyyətin varisidir. Buna görə də Cümhuriyyətin qurulmasını, tarixini öyrənmək çox vacibdir. Cümhuriyyət tarixi bizim tariximizin ümumi tərkib və əsas hissələrindəndir. Buna görə də 28 may bizim üçün xatırlanmı, vacib bir gündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...