YAP Cəlilabad rayon təşkilatının əməkdaşları şəhid Maarif Səfərovun məzrını ziyarət ediblər FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 20 may 2022-ci il tarixdə Cəlilabad şəhər H.Aslanov küçəsinin sakini, şəhid Səfərov Maarif Mikayıl oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...