Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olub - FOTOLAR

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.

İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə