Bütün bunlar ermənilərin xislətindən xəbər verir - DEPUTAT DANIŞDI
“Aprel ayının 23-də Ermənistan tərəfinin növbəti təxribat-diversiya qrupunun Zəngilan istiqamətində sərhədi keçmək istəməsi ona dəlalət edir ki, Ermənistanı sülhə məcbur etmə strategiyasını davam etdirmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan ağır məğlubiyyətini qismən də olsa yüngülləşdirmək üçün yollar axtarır: “Bu axtarışlar nəticəsiz qaldıqdan sonra Ermənistanın baş naziri artıq sülhdən danışmağa məcbur oldu. Daha doğrusu Azərbaycan İrəvanı sülhdən danışmağa məcbur etdi. Çünki Ermənistanın artıq heç bir şansı yoxdur. Çalışır ki, ATƏT-in Minsk qrupunu yenidən prosesə qatsın. Daha sonra Avropa İttifaqından da kömək gözləyirdi, hansı ki, burdan da heç bir nəticə əldə etmədi. Paşinyan Azərbaycanın sülh üçün təkliflərini son Brüssel görüşü zamanı da eşitdi və razılığa gəldi. Bu istiqamətdə artıq Azərbaycanın Xarici İşlər Nazirinin təmasları davam etdirilməkdədir. Amma Ermənistanın sərhəd təxribatları bir daha onu göstərir ki, onlar öz bildiklərini etməyə davam edirlər. Diversiya qrupu Azərbaycan ərazisinə keçərək, yenə də ərazilərin minalanması ilə məşğul olur. Dinc sakinlər arasında itkilərin olmasına səbəb olacaq addımlar atmaq istəyirdilər. Heç bir halda bunlar Paşinyanın səsləndirdiyi fikirlərlə uzlaşmayan hərəkətlərdir.
Paşinyanın Ermənistan üzərində tam nəzarət imkanları mövcud deyil. Bir tərəfdən Azərbaycan torpaqlarının bütövlüyünün tanınmasının vacibliyindən danışır, hazır olduqdlarını bildirir. Bu da təbii olaraq, sual yaradır ki, Ermənistanda bütün qüvvələr Paşinyana tabedirmi? Paşinyanın iradəsindən kənar addımlar atmaq iqtidarında olan qüvvələr var? Bunlar təbii ki, versiyalardır. Bütün hallarda qənaət ondan ibarətdir ki, Azərbaycan öz mövqeyini göstərir, Ermənistanı sülhə məcburetmə əməliyyatı həyata keçirir. Bundan sonra da bu taktikanı davam etdirmək lazımdır. Bu 30 il müddətində biz Ermənistanın və ermənilərin xislətinin nədən ibarət olduğunu gördük. Onlar həmişə bir cür danışır, başqa bir cür də davranırlar. Hesab edirəm ki, Ermənistan hələ də bu cür davranmaqdadır. Azərbaycanın atdığı addımlar təbii ki, milli maraqlarımızın qorunmasına, mövqeyinin etibarlı mühafizə olunması deməkdir. Ermənistan da Azərbaycanın gücü qarşısında yekun sülh sazişinin imzalamaq məcburiyyətində qalacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB