““Milli Şura” sifarişlə işləyən bir quruma çevrilib” AÇIQLAMA

““Milli Şura” sifarişlə işləyən bir quruma çevrilib” AÇIQLAMA

“Mitinqlər, yürüşlər keçirmək hər bir vətəndaşın konstitusiyon hüququdur. İstənilən zaman kəsiyində müvafiq dövlət orqanlarını xəbərdar etməklə belə bir tədbirlər keçirmək olar. Amma yürüşlərin, mitinqlərin, nümayişlərin keçirilməsində məqsəd nədir, hansı ictimai siyasi zərurətdən irəli gəlib. Mən bilmirəm o “Milli Şura” deyilən qurum hansı məqsədlər bu yürüşü keçirmək istəyir. Amma indiki şəraitdə cəmiyyəti maraqlandıran hər hansı bir problemin mitinq vasitəsi ilə əhaliyə çatdırmasında bir zərurət görmürəm”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, düzdü müəyyən problemlər var, amma bu problemlər çıxıb küçədə qışqırmaq üçün bir əsas yarada bilməz: “Ona görə də, hesab edirəm ki, indiki şəraitdə aksiyaların keçirilməsinin bir mənası, əhəmiyyəti yoxdur. Yəni indiki şəraitdə bu cür mitinqlərin keçirilməsinə ehtiyac yoxdur. Demək olar ki, “Milli Şura” deyilən qurum təəssüflər olsun ki, həmişə sifarişlə işləyən bir quruma çevrilib. Yəqin ki, yenə bunlar nə isə bir sifariş alıblar. Əgər doğrudan da sözügedən qurum sifariş alıbsa, heç yaxşı bir hal deyil. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə