Ulu Öndər Heydər Əliyevin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi ŞƏRH
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimiz olan Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Ulu Öndərin ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizəsi Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır. . Zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz etmişdir. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan ana dilimiz – Azərbaycan dili sanki öz mühafizəçisini tapmışdır. Məhz ulu öndər ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini dövlət siyasətinə çevirmişdir. SSRİ dövründə onun tərkibində olan müttəfiq respublikaların ana dillərinin dövlət dili kimi statusuna, tətbiqinə müəyyən qadağalar qoyulmuşdur. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının bu istiqamətdə ardıcıl surətdə genişmiqyaslı islahatlar aparması öz müsbət nəticəsini vermişdir. Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması da ana dilimizə önəm verilməsinin bariz nümunəsidir. Göründüyü kimi, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.
Xatirə Nəsibova
YAP Şəki rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB