Bu vəhşiliklərin hamısı dünyaya tanıdılmalıdır - MÜNASİBƏT BİLDİRİLDİ
"ABŞ Dövlət Departamentinin Ermənistanın törətdiyi cinayətlərlə bağlı məlumat verməsi müsbət bir haldır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə, işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair rəsmi saytlarında məlumatlar yayılıb: "Bu məlumatlar çox cüzi olaraq öz əksini tapıb. Həm 90-cı illərin əvəllərində, həm 2-ci Qarabağ müharibəsində mülki əhalinin qətlə yetirilməsi ilə bağlı geniş məlumat verməli idilər. Gəncədə, Tərtərdə, Bərdədə baş verən qətliamlarla, həmçinin bir sıra digər hərbi cinayətlərlə bağlı məlumatları verməli idilər. Lakin bunun çox az bir hissəsini bildirmişlər. Təəssüflər olsun ki, Ermənistanın törətdiyi vəhşiliklərə çox vaxt göz yumulur. Amma Azərbaycana, azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinin bir çox sənədlərdə əks olunması Ermənistanın necə bir vəhşi dövlət olduğunu dünyaya çatdırır. Ermənilər torpaqlarımızı işğal edərkən minlərlə insanımızı qətlə yetirmişdir, işğal olunmuş ərazilərimizdə tarixi, dini, mədəniyyət abidələrimizə ziyan vurmuşlar. Bu vəhşiliklərin hamısı dünyaya tanıdılmalıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB