Aprel müşavirəsi təkcə 2022-ci ilin üç ayının yekunlarına həsr edilmiş müşavirə deyil, həm də post-müharibə dövrünün bir illik hesabatı idi. Azərbacan Prezidenti İlham Əliyev əslində son üç ay da daxil olmaqla post-müharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkşafımız kontekstində, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi. Diqqətlə nəzər saldıqda ilk növbədə görürük ki, Prezident əvvəla beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizi bərpası və böyük qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu özlüyündə olduqca mühüm məsələdir. Çünki Böyük Qayıdış da, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi də həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların post-müharibə reallıqlarını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi.
Prezident öz çıxışının növbəti blokunda milli yaddaşımıza tarixi çağırış etdi. Bu çağırış bu gün və gələcək üçün olduqca vacib çağırış idi .Biz işğalı, Xocalını unutmamalı, daima güclü olmalı, hər cür risklərə həmişə hazır olmalıyıq. Bu kontekstdə Prezident İlham Əliyev dərhal ölkəmizdə ordu quruculuğu məsələrinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkərək Azərbaycan ordusunun daima güclü olmasının vacibliyini qeyd etdi.
Ordumuz professional hərbi kadrdlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaq. Prezidentin toxunduğu növbəti blokda isə post-müharibə iqtisadiyyatı və onun əsas istiqamətləri öz əksini tapdı ki, bu da regionumuzda sülhün və rifahının, Azərbaycanın gələcək inkişafının iqtisadi paradiqmalarını özündə ehtiva edirdi. Növbəti istiqamət isə regional kommunikasiyaların açılması xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəçiliyi dərhal yerinə yetirməsi ilə bağlı idi. Əgər, üçtərəfli razılaşmanın tələblərindən biri pozulacaqsa, yəni Qərbi Zəngəzurdan keçməklə Naxçıvan və Türkiyəyə bütün növ kommunikasiyalar açılmayacaqsa, Azərbaycan üçtərəfli razılaşmanın bəndlərinin birinin Ermənistan tərəfindən etibarsızlaşdırıldığını irəli sürərək bütün bəndləri etibarsız hesab edə bilər. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər. Nəticədə 12 aprel müşavirəsi ölkədaxili və xarici milli çağırışlar kontekstində mühüm bir hadisə kimi yadda qaldı.
Misirxan Vəliyev
YAP Sabunçu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB