ATƏT-in Minsk qrupu tərəfsiz və ədalətli olmalı idi - TƏHLİL

ATƏT-in Minsk qrupu tərəfsiz və ədalətli olmalı idi - TƏHLİL

Prezident İlham Əliyev: “ATƏT-in Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu 28 illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. Və 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli olmaqla, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz «Dəmir yumruq» siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal altındakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin etdi.

“VASİTƏÇİLƏR VƏZİYYƏTLƏ BAĞLI NECƏ FİKİRDƏ OLMAQLARINDAN, BİZİMLƏ VƏ YA ERMƏNİSTANLA ƏLAQƏLƏRİNİN NƏ DƏRƏCƏDƏ YAXIN OLMAĞINDAN ASILI OLMAYARAQ NEYTRAL OLMALIDIRLAR”

Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ATƏT-in Minsk Qruppu fəaliyyətə başladığı andan hər zaman Azərbaycanın əleyhinə olub: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar, ümumiyyətlə, hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır.

“MİNSK QRUPUNUN MANDATI ETİBARSIZ SAYILA BİLƏR”

“ATƏT yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”.

Bu sözləri Prezident İlham Əliyev aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib. Dövlət başçımız xatırladıb ki, ATƏT-in Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişdilər: «Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib”.Dövlət başçımızın sözlərinə görə, ATƏT-in Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər: “Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək”.

Prezident qeyd edib ki, bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməyib. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz.

«Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir»,- Prezident vurğulayıb.

METYU BRAYZA: “Aİ ATƏT-İN MİNSK QRUPUNUN DE-FAKTO “ÖLÜMÜ”NDƏN SONRA YARANMIŞ BOŞLUĞU DOLDURMAĞA ÇALIŞIR”

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə göstərdi ki, Ermənistanla ölkəniz arasında münasibətlərin normallaşmasına imkan verəcək sülh müqaviləsinin bağlanmasına tərəfdardır”.Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüşü şərh edərkən bildirib.Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu istiqamətdə hərəkət etmək istəsə də, bir vaxtlar işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaq kimi əlçatmaz arzuyla yaşayan müxalifət səbəbindən bunu edə bilmədi: “Onların bu arzusu da öldü”, – o əlavə edib.

O həmçinin bildirib ki, Avropa Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün nəticələrinə əsasən səsləndirdiyi bəyanat həqiqətən yaxşı əlamətdir və ölkələrin sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıqlarından xəbər verir. Belə ki, bəyanatda xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırıldığı bildirilir.Brayza bəyanatda ATƏT-in Minsk qrupunun bir dəfə də olsun xatırlanmadığını, Brüssel görüşünün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə yeni danışıqlar formatının qurulması üçün zəmin yaratdığını vurğulayıb: “Bəyanatda ATƏT-in Minsk qrupunun xatırlanmaması Aİ-nin ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışdığından xəbər verir”.

Ekspert aprelin sonuna planlaşdırılan görüşdə Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı razılığa gələ biləcəyinə ümidvar olduğunu bildirib. “Demarkasiya ilə bağlı danışıqlar vaxt tələb edəcək. Bu razılaşma uğurlu olacaq, sadəcə onun əldə olunması üçün nə qədər zaman tələb olunacağını bilmirəm”, – o fikrini tamamlayıb.

“MİNSK QRUPU 28 İL FƏALİYYƏT GÖSTƏRİB. NƏTİCƏ GÖZ QABAĞINDADIR - SIFIR”

Azərbaycan Prezidentinin fikrincə, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna verilən mandat de-yure qüvvədə qalsa da, de-fakto qüvvədən düşmüş sayıla bilər. İlham Əliyev bildirib ki, Minsk Qrupu 28 il fəaliyyət göstərib və “nəticəsi göz qabağındadır – sıfır”.O, həmçinin Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında problemlərin həllindəki rolu, rəsmi Bakının təklif etdiyi beş prinsip, o cümlədən də Zəngəzur dəhlizinin inşası üzrə işlərin başlanmasının zəruriliyi haqda fikrini bildirib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində deyib.

Azərbaycan Prezidenti ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı məsələlərə, Avropa İttifaqının vasitəçilik səylərinə toxunub. Həmçinin o, Zəngəzur dəhlizinin inşasına başlamağın zəruri olduğunu bildirib, Qaqrabağın RF sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində təbii qaz təminatının dayandırılması ilə bağlı vəziyyət haqda danışıb. “Minsk Qrupu 28 il fəaillət göstərib. Nəticə göz qabağındadır – sıfır”İlham Əliyevin sözlərinə görə, Minsk Qrupuna mandat verən ATƏT yeni reallıqları tam qəbul edib: “ATƏT-in Minsk “rupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi.

“AZƏRBAYCAN BU MÜNAQİŞƏNİ ÖZÜ HƏLL EDİB”

“…Biz bu münaqişəni özümüz həll etdik. Minsk Qrupu ikinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. …Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk Qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər”.

Bu fikirləri Azərbaycan Prezidenti cari ilin birinci rübünün yekunları ilə bağlı keçirilən müşavirədə vurğulayıb. Dövlət başçısı bildirib ki, ötən il ərzində ölkə ATƏT MQ sədrlərindən heç bur təklif almayıb: «Bizim xarici işlər nazirimiz Minsk Qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək.

Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.

Bir sözlə, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Minsk qrupu 28 il fəaliyyət göstərib. Nəticə göz qabağındadır – sıfır”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə