Zəngəzur dəhlizinin vazkeçilməzliyi ən mühüm məsələdir - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Zəngəzur dəhlizinin vazkeçilməzliyi ən mühüm məsələdir - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ilin 1-ci rübünün yekunlarına dair çox müxtəlif və maraqlı bir çox mesajlar verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, birinci rübdə iqtisadiyyatda artımın olması, bundan başqa investisiyalarla bağlı Azərbaycanın Qarabağda quruculuq işlərini aparması, xüsusilə yolların çəkilməsi, çay yataqlarının, su anbarlarının düzəldilməsi, hava limanlarının açılması və iqtisadi göstəricilərin də faizi olduqca artıb.
Bunların içərisində ən mühüm olan Zəngəzur dəhlizinin vazkeçilməzliyi ilə bağlı məsələdir. Bəzi xarici dairələr o cümlədən, müxalifət qeyd edirdi ki, artıq Şərqi Zəngəzuru Naxçıvana birləşdirən 53 kilometrlik yol Zəngəzur dəhlizinin alternatividir. Yəni bu da məsələnin baş tutmamasının səbəbidir. Amma cənab Prezident bildirdi ki, bu dəhliz mütləq açılmalıdır. Çünki ən birincisi bu 10 noyabr tarixində baş tutmuş üçtərəfli razılaşmada qeyd olunub.

Bildiyimiz kimi, artıq Ermənistan deputatları Qarabağa gəlmək istədikdə rus sülhməramlıları onları buraxmayıblar. Azərbaycan tərəfi deyib ki, bu proses baş tutsa həbs olunacaqlar. Cənab Prezident də bildirdi ki, bu proseslər Ermənistanın özünü dalana salması deməkdir. Dalana salınmış dövlət kimi isə heç bir dənizlərə çıxışlara olmayacaqdır.

Prezident birmənalı şəkildə bildirib ki, Brüssel görüşündə də Azərbaycan tərəfinin bütün şərtlərini Ermənistan qəbul edib. Son 30 ildə ilk dəfədir hər iki ölkənin Xarici İşlər Nazirlikləri danışıqlar aparır və sülh sazişinin üzərində işlədikləri bildirilib.

Eyni zamanda Azərbaycan tərəfi də qeyd edib ki, Ermənistan sərhədlərinə qədər 700 km yol çəkilib. Bundan əlavə dəmiryolunun çəkilməsi ilə də bağlı işlər aparılır.

Bütün bunları nəzərə alsaq, cənab Prezidentin çıxışında bildirdiyi hər bir məqam mühüm əhəmiyyət kəsb edir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə