Türkiyə və Ermənistan arasında üçüncü görüşün yeri açıqlanıb

Türkiyə və Ermənistan arasında üçüncü görüşün yeri açıqlanıb

Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün yeri açıqlanıb.

SİA-nın məlumatına görə, bu barədəTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında üçüncü görüş də Vyanada keçiriləcək.

Xatırladaq ki, xüsusi nümayəndələrin birinci görüşü Moskvada, ikinci görüş isə Vyanada keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə