Aşqabada keçiriləcək görüşdən gözləntilər NƏLƏRDİR? - POLİTOLOQ DANIŞDI
“Azərbaycan, Türkiyə və Türmənistan dövlətləri qardaşlıq siyasəti həyata keçirir”. Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, bunun üçün də bu 3 dövlətin müxtəlif sahələrdə əməkdaşlıq etməsi aktual məsələdir: “Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən Avropaya ötürməsi önəmlidir. Türmənistan dövləti siyasi və hərbi mənada neytral siyasət yürüdür. Hesab edirəm ki, üçtərəfli görüşdə Türkmənistanın Türk dövlətləri şurasında tam üzvlük məsələsi gündəmə gətirilə bilər. Həmçinin Azərbaycan və Türkmənistan Xəzər dənizinə Kəpəz yatağında birgə işləməsi ilə bağlı fəaliyyətə başlaya bilər. Bütün bu məsələlər prezidentlərin görüşü zamanı müzakirə olunacaq. Şübhəsiz ki, Türkiyə və Azərbaycan dövlətlərinin əməkdaşlığı xarici siyasətin əsas proriteti kimi götürüləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB