“Bildiyiniz kimi Brüssel görüşü ərəfəsində həm Azərbaycan, həm də Ermənistan tərəfi öz şərtlərini açıqlamışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin şərtlərinin Ermənistan tərəfindən qəbul edilməsi qeyd olunmuşdu. Buna baxmayaraq, Ermənistan Respublikasının Baş nazirinin, həm də müxalifətin mövqeyi onunla əlaqədar idi ki, bu danışıqlar zamanı ləğv edilmiş Dağlıq Qarabağın statusunun bərpası məsələsi gündəmə gətirilsin. Eyni zamanda ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsi ortaya gəlsin. Buna görə də bu məsələlər demək olar ki, müzakirə predmeti olmadı. Hər hansı bir sənəddə də bu öz əksini tapmayıb.
Avropa İttifaqının səyləri Rusiyanın hakim dairələri tərəfindən də təqdirlə qarşılanıb. Bu ümumi Azərbaycana, Qafqaza marağı olan tərəflər tərəfindən qəbul edilib. Əlbəttə ki, burada birinci məsələ ərazi bütövlüyü məsələsidir. Bu məsələ bizim üçün olduqca vacibdir. Qarşılıqlı surətdə dövlət sərhədlərini tanımaq, dövlətlərin suverenliyini qəbul etmək eyni zamanda, gələcəkdə ərazi iddiası irəli sürməmək kimi prinsiplərdir. Bu çox vacib amillərdir.
İkinci isə sərhədlərin delimitasiya, demarkasiyası məsələsidir. Bunlar haqqında da tərəflər müəyyən razılığa gəliblər. Çünki məhz dövlət sərhədlərinin müəyyən olunması mühüm məsələdir. Əlbəttə, bunlar ciddi məsələlərdir. Bunlar ətrafında razılıq sənədi olacaq və sülh sazişi bağlanacaq. Biz də ümidliyik ki, bu istiqamətdə gələcəkdə də heç bir problem yaranmasın. Gələcəkdə də Qafqazda ciddi mənada bir çiçəklənmə hökm sürəcək”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB