Bolqarıstan koronavirus pandemiyası ilə bağlı epidemioloji situasiyanı ləğv etdi
Aprelin 1-dən ölkədə epidemiya əleyhinə nəzarət tədbirləri aradan qaldırılır və qapalı məkanlarda qoruyucu maskalardan istifadə, fiziki məsafə, insanların toplaşma məhdudiyyətləri, distansion təhsil və s. kimi qadağalar da ləğv olunur. SİA xəbər verir ki, Bolqarıstanda pandemiya ilə bağlı elan edilmiş fövqəladə rejimin ləğv edilməsi ilə bağlı məlumatı TASS agentliyi yazır.
Lakin buna baxmayaraq, həkimlər diqqətin azaldılmamasını tövsiyə edirlər və hər ehtimala qarşı nəqliyyatda, qapalı məkanlarda mümkün qədər maskalardan istifadə edib məsafə saxlamağı məsləhət görürlər. Eyni zamanda, insanlara profilaktik vaksinasiyalar da tövsiyə olunur.
Bolqarıstana gedən xarici qonaqlar da əvvəlki kimi ciddi nəzarətdən keçirilərək, sonra ölkə ərazisinə buraxılacaqlar.
Bu gün 6,5 milyon əhalisi olan Bolqarıstanda hazırda 180 min insan koronavirusa yoluxub. Təkcə son sutka ərzində 1143 nəfər yeni yoluxma halı qeydə alınıb. Son 24 saatda isə 17 insan vəfat edib. Pandemiya başlayandan bu günə qədər isə ölkədə 36 529 nəfər insan həyatını itirib. Xəstəxanalarda 1944 pasientlər müalicə alırlar, onlardan 219 nəfəri intensiv terapiyadadırlar. Bolqarıstanda 2,05 milyon insan vaksinasiya olunub.
Qeyd edilir ki, Bolqarıstanda koronavirusa ilk yoluxma halı 2020-ci ilin 8 mart tarixində qeydə alınıb və bundan sonra ölkədə fövqəladə vəziyyət elan edilib. İki aydan sonra isə fövqəladə vəziyyət hökumətin qərarı ilə fövqəladə epidemioloji situasiyanın elan edilməsi ilə əvəzlənmişdi.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB