İstanbul görüşündə hansı qərarlar qəbul olundu? - POLİTOLOQ ŞƏRH ETDİ
“İstanbul görüşü Rusiya və Ukrayna arasında ilkin anlaşma ilə bağlı kifayət qədər efektiv sayıla bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, dünyanın məhz mərkəzi sayılan Türkiyənin ən vacib şəhəri hesab olunan İstanbulda keçirilən həmin görüşdə Ukrayna və Rusiya arasında hətta bundan sonra artıq yol xəritəsi istiqamətində danışıqların aparılması qərarlaşdırıldı: “Nəticələr ondan ibarətdir ki, əgər razılıq əldə olunsa Ukrayna neytralığı qəbul edəcək. Əldə edilmiş ilkin razılığa əsasən Ukrayna heç bir hərbi bloka daxil olmaması ilə bağlı razılıq verib. Bu isə o deməkdir ki, Ukrayna NATO-nun gələcəkdə üzvü olmayacaq və əvəzinə Avropa İttifaqının üzvlüyünü qəbul edərək, öz ərazisində hücum silahları yerləşdirməyəcək. Dombass və Krımla bağlı məsələlər isə prezidentlər səviyyəsində sonrakı görüşlərdə müzakirə predimenti olacaq. Görüşün qarşılıqlı şəkildə kompromis şəkildə keçməsi ondan xəbər verir ki, yaxın vaxtlarda biz müharibənin dayanmasının şahidi ola bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB