Şuşa ili Azərbaycanın tarixinə verdiyi dəyərin sübutudur - MİLLƏT VƏKİLİ BİLDİRDİ
Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili "Şuşa İli" elan etdi. Ardınca isə 2022-ci ilin yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda qeyd olunur ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Mözvu ilə əlaqədar olaraq, millət vəkili Aydın Mirzazadə SİA-ya bildirib ki, 2022-ci ilin məhz Şuşa ili elan olunması Azərbaycanın tarixinə nə dərəcədə önəm verməsinin sübutudur: ""Şuşa ili" işğaldan azad olunan torpaqların bərpa edilməsinin və dövlətin bu istiqamətdə apardığı siyasətin göstəricisidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB