Zərdabda şəhid gizir Nurlan Abdullazadənin məzarı ziyarət olunub FOTOLAR

Zərdabda şəhid gizir Nurlan Abdullazadənin məzarı ziyarət olunub FOTOLAR

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyevin və partiyanın fəal üzvlərinin, Zərdab rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova və rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, Zərdab rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, SHÇDX-nin Zərdab rayon bölməsinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş həmyerlimiz, gizir Nurlan Abdullazadənin doğum günü ilə əlaqədar şəhidin məzarı və ailəsi ziyarət olunub.

Mərasimdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev şəhid Nurlan Abdullazadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, Zərdabda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması rayon rəhbərliyinin daima diqqət mərkəzində olduğunu bildirib.
YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyevin təşəbbüsü ilə şəhidin gənc rəssam tərəfindən çəkilmış portreti şəhidin atası Rasim Abdullayevə təqdim edilib.
Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova şəhidin ailəsinə başsağlığı verərək, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Qeyd edib ki, rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək, həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini vurğulayıb.
Şəhidin atası bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə, ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirib.

Qeyd edək ki, şəhid Nurlan Abdullazadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Eyni zamanda, məzarlıqda Nurlanla bərabər uyuyan birinci Qarabağ müharibəsi şəhidləri Namiq Məmmədovun, Kamran Məmmədovun və Məhəmməd İsrafilovun da məzarları ziyarət olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə