Xarici qüvvələr əlini çəksə, sülh bərqərar olar - SİYASƏTÇİ AÇIQLADI
“Erməni hakimiyyəti nə qərar verirsə versin müxalif qüvvələr aranı qarışdırmağa çalışır, xaos yaradaraq çevriliş etmək istəyir. Ermənistanda Paşinyan hakmiyyəti isə barış istəyir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zərdüş Əlizadə bildirib.

Onun sözlərinə görə, onlar Türkiyə və Azərbaycanla münasibətlərin normalaşması, kommunikasiyanın açılması barədə tədbirlərin görülməsi istiqamətində işlər aparmaq istəyirlər: “Lakin uduzmuş müxalifət bununla razılaşmır, anti-türk təbliğatı edir. Amma bunların heç bir önəmi yoxdur. Mən əminəm ki, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Əgər xarici qüvvələr imkan versələr yəni Rusiya, Fransa, Amerika şərait yaratsa sülh bərqərar olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB