Andrey Koryakovtsev: “Erməni xalqına onilliklər ərzində rusofobik hisslər aşılanıb”
“Məlum oldu ki, dəyişən dünya yeni oyun qaydaları, Qərbə və Rusiyaya münasibətdə yeni ritorika, yeni həll yolları tələb edir. Ermənistan rəhbərliyi sırf praqmatikadan çıxış edərək bunu (ancaq nə dərəcədə ardıcıl olduğu hələ də bəlli deyil) başa düşür. Bu, məcburi bir addımdır. Bununla belə, onun sosial bazası bunu başa düşürmü?”- SİA xəbər verir ki, bu barədə Yeni Cəmiyyət İnstitutunun (RF) eksperti, Ural Dövlət Pedaqoji Universitetinin dosenti Andrey Koryakovtsev Caliber.Az-a şərhində deyib.
Onun sözlərinə görə, onilliklərdir ki, erməni xalqına rusofobik hisslər aşılanıb və onların xeyli hissəsi bundan bir anda əl çəkə bilmir: “Ermənistan dövləti tərəfindən kütləvi şüurun rasionallaşdırılması üçün xüsusi addımlar tələb olunur. Söhbət ermənilərə rus ağcaqayınlarını və ya Azərbaycan düşpərəsini sevməyi öyrətməkdən getmir, bu, erməni xalqına onların obyektiv maraqlarını dərk etməkdən gedir. Qonşularla dinc yaşamalıdırlar. Bununla belə, bu, hələ çox uzaqdır və kursu dəyişməyi planlaşdıran Ermənistan hakimiyyəti kütləvi dəstəyi itirmək və daha bir komprador “Maydan” təxribatı yaratmaq riski daşıyır”.
A.Koryakovtsev təklif edib ki, hazırda Ermənistanda baş verən hakimiyyətin restrukturizasiyası dövlət strukturlarında Paşinyan tərəfdarlarının güclənməsi səbəbindən aşağıdan hökumət dəstəyinin ən azı qismən itkisini kompensasiya etmək üçün nəzərdə tutulub.
“Əgər sonuncular ardıcıl olarsa, onlar KTMT-nin dəstəyinə ümid edə biləcəklər ki, bu da erməni müxalifəti üçün keçilməz çətinlikdir. Əgər bu perspektiv doğrudursa, müvəqqəti prezident Alen Simonyanın əvvəlki xarici səfərləri xarici tərəfdaşlar üçün ya uğursuz görünür, ya da bu kursun korreksiyası istiqamətində atılan addımdır”, - deyə A.Koryakovtsev hesab edir.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB