AEBA-nın Baş direktoru Ceyhun Bayramovla görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

SİA-nın xəbərinə görə, Rafarl Qrossi bu barədə "Twitter"də bildirib.

"Nüvə elmi və texnologiyası inkişafı və beynəlxalq əməkdaşlığı dəstəkləyir. Dinc nüvə texnologiyalarının müxtəlif sahələrində Azərbaycan - AEBA arasında əməkdaşlığının gücləndirilməsi haqqında yaxşı müzakirəmiz oldu", Qrossi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə