Bu il müsbət dinamikanın şahidi olacağıq - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

Bu il müsbət dinamikanın şahidi olacağıq - HƏRBİ EKSPERT MÖVQE BİLDİRDİ

"Son vaxtlar hadisələrin dinamikası göstərir ki, bu il biz mina xəritəsi məsələsində də uğur əldə edəcəyik. Çünki Ermənistan rəhbərliyi və xalqı artıq bu faktla razılaşıb ki, Türkiyə və Azərbaycanla əlaqədən boyun qaçıra bilməz". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.

İbrahim Rüstəmli bu barədə fikirlərini belə izah edib: "Mən bu haqda dəfələrlə yazılarımda qeyd etmişəm ki, sadə erməni vətəndaşı, yəni Ermənistan ictimaiyyətinin əsasını təşkil edən kütlə Qarabağ problemini, öz övladlarının heç nədən ölməsini istəmir. Artıq Ermənistan ictimaiyyəti bu faktı başa düşməyə başlayıb ki regionda Azərbaycanla savaş onlara heç bir xeyir verməyəcək. Əksinə münasibətlərin normallaşması onların özləri üçün xeyirli olacaq. Ermənistan xalqı bunu tezliklə başa düşəcək. Başa düşəcək ki, Türkiyə və Azərbaycanla qonşu ola-ola düşmənçilik siyasəti yeritmək əbəsdir. O baxımdan düşünürəm ki, mina xəritələrinin verilməsində bu il müsbət dinamikanın şahidi olacağıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə