Fransanın deastablizasiyaya xidmət etdiyi aydın görünür - EKSPERT RƏYİ
“Fransa hakimiyyətinin Azərbaycana qarşı destruktiv siyasətini bariz şəkildə biz ikinci Qarabağ müharibəsində gördük. Rəsmi Parisin mövqeyi Minsk qrupunun həmsədri kimi neytral deyil, birbaşa işğalçı ölkənin yanında olduğu göründü”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Makronun prezident dönəmi demək olar ki, Parisdən ölkəmizə qarşı təxribatlarla davam edib: “Düşünürəm ki, bu siyasi vəziyyət bu ölkədə erməni lobbisinin maraqları çərçivəsindədədir və Fransa kimi bir ölkənin dövlət maraqları erməni lobbisinin maraqlarına uyğun olaraq həyata keçirilir”.
M.Əsədullayev vurğulayıb ki, məhz prezidentliyə namizədin Ermənistan və oradan qanunsuz olaraq Xankəndinə gəlməsi göstərir ki, bu ölkənin siyasiləri erməni lobbisinin təsiri altındadır: “Azərbaycanın ərazi bütövlüyünə qarşı bu qəsd ilk növbədə Fransanın regionda siyasətinə mənfi təsir edəcək. Ümumiyyətlə, bir prezidentliyə namizədin bu qanunsuz səfəri Ermənistan və Azərbaycanın mümkün normallaşma prosesinə zərbə vurur. Fransanın regionda sülhə deyil, deastablizasiyaya xidmət etdiyi aydın görünür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB